12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycan Mərkəzi Bankı: kapital bazarının maliyyələşməsi artıb

Bu il Azərbaycanda kapital bazarının maliyyələşməsində gözəçarpan artım müşahidə olunur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov deyib.

Onun sözlərinə görə, bazarda ancaq səhmdarların deyil, həm də emitentlərın sayı və marağı artıb.

S. İsmayılov qeyd edib ki, Mərkəzi Bankın requlyator olaraq korporativ qiymətli kağızlara önəm verir və hazırlanan strateji plana görə, bank bazar üçün hüquqi baza hazırlayır və təyin olunan strateji məqsədlər icra edilir.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri illik ifadədə 40%-ə yaxın artaraq təxminən 12 mlrd. manata yaxın olub.

Son xəbərlər
Oxşar xəbərlər
X