Azərbaycan Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və informasiya təhlükəsizliyi üzrə müdaxilə sınaqlarının keçirilməsi üzrə tender elan edilib.
Mərkəzi Bank aşağıdakı lotlar üzrə açıq tender keçirir:
1-ci lot üzrə tenderin predmeti: Mərkəzi Bankda istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin, Baş Mühaibat Sisteminin və Portfel İdarəetmə Sisteminin texniki platformalarının bir il müddətində on-site tipli dəstəklənməsi xidmətinin satın alınması.
2-ci lot üzrə tenderin predmeti: Mərkəzi Bankda istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin, Maliyyə savadlığı portalının proqram platformalarının bir il müddətində on-site tipli dəstəklənməsi, habelə BMC Remedy proqram təminatının lisenziyasının dəstəklənməsi xidmətinin satın alınması.
3-cü lot üzrə tenderin predmeti: Mərkəzi Bankda informasiya təhlükəsizliyi üzrə müdaxilə sınaqlarının keçirilməsi (pentest) xidmətinin satın alınması.
Tender proseduru 05 oktyabr 2018-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün yazılı müraciət (ərizə); – iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri; – tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; – tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı; – iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı; – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat); – xidmətin göstərilməsi üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti; – 3-cü lot üzrə iddiaçının ən azı 3 (üç) ildən az olmayan müddətdə müvafiq sahə üzrə xidmətin göstərilməsi ilə bağlı təcrübəsi barədə məlumat (yerinə yetirilən xidmətlər, müştərilərin adları, ünvanları və əlaqə nömrələri); – tenderin Əsas Şərtlər Toplusunda iddiaçıların ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar; – iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 19 noyabr 2018-ci il tarixinədək qüvvədə olmalıdır); – tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada).
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 04 oktyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 25 sentyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılır və iddiaçı tenderə buraxılmır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.
5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
6. Xidmətlərin göstərilməsi müddəti: – 1-ci lot üzrə: 28 oktyabr 2018-ci il tarixdən etibarən 1 (bir) il müddətində. – 2-ci lot üzrə: 28 oktyabr 2018-ci il tarixdən etibarən 1 (bir) il müddətində. Proqram təminatının 1 (bir) illik dəstəklənmə lisenziyası tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində təhvil verilməlidir. – 3-cü lot üzrə: müqavilə imzalandığı gündən ən geci 50 (əlli) iş günü müddətində.
7. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə və texniki amillər.
8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan, 3-cü lot üzrə həmçinin İngilis dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tenderin 1 və 2-ci lotları üzrə əlaqələndirici şəxsi: Elman Muradov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-55-41, elektron poçt ünvanı: [email protected]; 3-cü lot üzrə əlaqələndirici şəxs: Elvin Şahverdiyev (Təhlükəsizlik departamentinin əməkdaşı). Telefon: 493-11-22 (308), faks: 493-55-41, elektron poçt ünvanı: [email protected].








