24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Azərbaycan Mərkəzi Bankında iki yeni təyinat olub

Screen Shot 2021 09 02 at 14.34.20

28 aprel 2021/Azərbaycan Mərkəzi Bankının iki departamentinin vakant olan direktor vəzifəsinə təyinatlar olub.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Banının sədri Elman Rüstəmov əmr imzalayıb.

Tahirov Rüstəm Şamil oğlu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru təyin edilib. Tahirov R.Ş. 2020-ci ilin sentyabrından 2021-ci ilin martına qədər bu departamentdə direktor müavini kimi çalışırdı.

Digər bir təyinat isə Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə yeni direktorun təyin edilməsidir. Bu departamentə Hacılı Ziya Cahangir oğlu direktor təyin edilib. Bu departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əlaqələrin və əməkdaşlığın, kommunikasiya işinin təşkili və inkişafını təmin etmək və imicinin yüksəldilməsinə nail olmaqla Mərkəzi Bankın missiyasının səmərəli reallaşmasına dəstək verməkdən ibarətdir. Strukturuna Beynəlxalq əməkdaşlıq şöbəsi, Kommunikasiya şöbəsi, Protokol şöbələr daxildir.

Xatırladaq ki, hazırda AMB-nin strukturunda 23 departament fəaliyyət göstərir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər