16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan Mərkəzi Bankının baş direktoru ABŞ-a səfər edib

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, hökumət rəsmisi Dünya Bankının və Beynəlxalq valyuta Fondunun (IMF) aprelin 12-14-də birgə keçiriləcək yaz toplantılarında iştirak edəcək.

Xatırladaq ki, bir neçə gün öncə “Report”a açıqlama verən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi belə bir səfərin gözlənildiyini bildirmişdi: “Dünya Bankı əvvəllər olduğu kimi, indi də Azərbaycan hökumətinə iqtisadi inkişafı sürətləndirmək və iqtisadiyyatı şaxələndirmək üçün dəstək verməyə hazırdır. Bu dəstək, əsasən, nəqliyyat, səhiyyə, sosial müdafiə və əmək sahələrini, kənd təsərrüfatı, vergitutma, elektron məhkəmə sisteminin genişləndirilməsini əhatə edir. Yaz toplantılarında Azərbaycanın investisiya imkanlarının araşdırılması və texniki dəstək verilməsi ətrafında fikir mübadiləsinin aparılması gözlənilir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər