12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan maliyyə bazarlarının kuratorları məlum oldu

Maliyyə Bazarlarına Nəzarət Palatasının daha iki strukturuna rəhbər təyin edilib. Bunu Palatadan bildiriblər.

Cavid Nəzərov Maliyyə bazarlarına nəzarət departamentinin direktoru təyin edilib. O, daha əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri olub.

Palatadan deyiblər ki, bu departament qiymətli kağızlar bazarı üzərində nəzarəti həyata keçirəcək.

Bundan başqa, Anar Salmanov Maliyyə Monitorinqi Xidmətinin direktoru təyin edilib. O, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru olub.

Trend

Son xəbərlər
Digər xəbərlər