5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nin “ruzili” keçən tenderləri davam edir: 10 manatlıq şirkət 7,3 mln. udub

Kapitalına və eləcə də dövlət büdcəsindən ən çox pulun ayrıldığı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Ruzi”ili tenderləri davam etməkdədir.

Banker.az bildirir ki, Meliorasiya və Su Təsərrüfatı son 5 ay tamam deyil ki, bu “Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyət adlı şirkət ilə 44 müqavilə ilə 7 milyon 302 min manatlıq tender müqavilə imzalayıb. Bunun 4 milyon 565,78 min manatı isə son iki ayda elan edilib.

Tenderlər isə mal-materiallar və ehtiyat hissələrinin; maşın-mexanizmlər və nasoslar üçün ehtiyat hissələrinin satın alınması və tikinti materiallarının satın alınması cari təmir işlərində istifadə ediləcək mal-materialların satın alınması kimi predmetlər üzrə bağlanmışdır.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın müqavilə imzaladığı “Ruzi” MMC isə 2002-ci ildə təsis edilib. Xocavənd rayonunda dövlət qeydiyyatına alınmaqla cəmi 10 milyon nizamnamə kapitalına malikdir. Maraqlı olan isə bu böyüklükdə tenderlər imzalayan bir şirkət barəsində internetdə və eləcə də KİV-də çox məhdud informasiyalar vardır. Olan informasiyalarda isə eyni ilə “10 manat kapitallı şirkət milyonları udur” sərlövhəli yazılardan ibarətdir.2 1

Son xəbərlər
Oxşar xəbərlər