26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycan Metrologiya İnstitutunun mənfəəti kəskin artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2020-ci ili 238 min manat xalis mənfəətlə başa vurub. Halbuki, İnstitut 2019-cu ildən 20 min manat mənfəətlə çıxmışdı.

Ötən il AMİ-nin əsas əməliyyat gəlirləri 2,079 milyon manat (əvvəlki ilə nisbətən 5,7% çox), satışının maya dəyəri 2,051 milyon manat (5,3% çox), maliyyə gəlirləri 232 min manat (1 il əvvəl olmayıb), inzibati xərcləri 21 min manat (1 il əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 2 min manat (1 il əvvəl olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə AMB-nin aktivləri 4,757 milyon manat olub ki, bu da illik müqayisədə 1,3% azdır. Hesabat dövründə İnstitutun öhdəlikləri təxminən 12 dəfə azalaraq 7 min manata, balans kapitalı isə 1,3% azalaraq 4,75 milyon manata düşüb.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər