13 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Azərbaycan Mikro-Kredit” BOKT kredit portfelini böyüdə bilib – Maliyyə vəziyyətini açıqladı

faizlere

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 701 manat xalis mənfəətlə başa vurub. BOKT 2018-ci ili 55 min manat xalis mənfəətlə tamamlamışdır.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 3 milyon 91 min manat olub ki, bu da illik müqayisədə 4,4% çoxdur. Bunun 2 milyon 887 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 11% böyüyüb.

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 7% artaraq 436 milyon manat, balans kapitalı isə 4% artaraq 2 milyon 655 min manata, o cümlədən nizamnamə kapitalı 6% artaraq 2,7 milyon manata çatıb.

Xatırladaq ki, BOKT Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.

mkrmk2 e1589542449494

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər