12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan millisi üçün bir milyon avro qazanmaq şansı

Futbol üzrə Azərbaycan yığması Millətlər Liqasının yekununa əsasən, 1 milyon avro (1 972 700 manat) qazana bilər.

Komandamız D Divizionunun qalibi olarsa, 500 min avro (986 350 manat) qazanacaq.

Daha 500 min avro iştirakçı hər bir komandaya veriləcək.

Qeyd edək ki, Qurban Qurbanovun başçılıq etdiyi milli D Divizionunun III qrupunda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər