26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan mobil internetin sürətinə görə dünyada 3 pillə irəliləyib

2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında pillə irəliləyib və 33.64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.

“Speedtest Global Index”in məlumatında deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (213.73 MB/S), sonuncu yerdə isə Kuba (1.84 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126.96 MB/S sürətlə birinci, Kuba isə 4.49 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər