Azərbaycan mobil telefon idxalını kəskin artırır – Valyuta axını 2 dəfə artıb (SİYAHI)

2021-ci ilin ilk beş ayından müşahidə edilən budur ki, Azərbaycanın mobil telefon bazarında Çin və Vyetnamın mövqeyini kəskin gücləndirib.

Banker.az bildirir ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində xaricdən 588 min ədəd mobil telefon idxal edilib. Bu isə illik müqayisədə 2 dəfəyə yaxın bir artım dinamikasıdır.

İdxal edilmiş telefonların dəyəri isə 90.81 mln. ABŞ dolları təşkil edib. Bu da 2.2 dəfə artım deməkdir.

Azərbaycan 2021-ci ilin ilk 5 ayında Çindən 342 min ədəd mobil telefon idxal edib, bu illik müqayisədə 75% artımdır. İdxal dəyəri baxımından isə 2.2 dəfə artımla 50,68 milyon dollar olub. İdxalın dəyərinin isə bu qədər kəskin artmasına səbəb mobil telefonlarının qiymətlərinin bahalaşmasıdır. Məsələn, Çindən 2020-ci ildə 117.9 dollar/ədəd olmuşdursa, bu il daha da bahalaşmaqla 148.3 dollar/ədəd olmuşdur.

Ölkəmizə ikinci ən böyük telefon idxal edən Vyetnamın payı isə daha kəskin artıb. Məsələn, 2020-ci ilin müvafiq dövründə  192 min ədəd mobil telefon idxal edib. Bu telefonların idxal dəyəri 28.79 milyon dollar olmaqla hər bir telefonun qiyməti 150.2 dollar olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.