11 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri “Report”a təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

Son xəbərlər
Oxşar xəbərlər
X