Azərbaycan Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi

“Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur”.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var:

“Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər”.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları