17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Azərbaycan nefti ilə yüklənmiş növbəti tanker Odessa limanına çatdı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan nefti ilə yüklənmiş növbəti tanker bu gün Ukraynanın Odessa limanına çatıb.

Bu barədə “Belneftexim” konsernindən məlumat verilib.

Bildirilir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belarusa növbəti neft tədarüküdür.

Məlumata görə, hazırda tanker Odessanın Cənub limanında boşaldılır. Sonradan bu xam mal Mozır Neft Emalı Xzavoduna yola salınacaq.

Xatırladaq ki, SOCAR avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük edib. Bir neçə həftə öncə Belarus tərəfi Azərbaycan neftinin alışı ilə bağlı SOCAR-a müraciət edib və razılıq əldə olunub. Bu sazişə əsasən, 93-94 min ton həcmində xam neft ilə yüklənmiş bir tanker 26-27 avqust tarixlərində Ceyhan limanından çıxıb.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln tona qədər neft nəql etməyi planlaşdırır.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər