22 C
Baku
Friday, May 24, 2024

Azərbaycan neftin bir tonunu xaricdən $548-ə alır, xaricə $610-a satır

2023-cü ilin ilk üç rübü ərzində Azərbaycan xaricdən neft idxalını kəskin artırıb və idxal həcmi 1 501.4 min tona (1.5 mln. ton) yüksəldib. Təqribən bu da 11.2 mln. barrel deməkdir.

Banker.az bunu rəsmi rəqəmlərə istinadən xəbər verir.

Bildirilir ki, idxal edilmiş xam neftin dəyəri ilk üç rübdə 822.34 milyon ABŞ dolları təşkil edib.

Neftin idxal həcmi illik müqayisədə 6 dəfə yüksəlib.

İdxal edilmiş xam neftin 887.61 min tonu ($474.37 mln.) Rusiya Federasiyasından,  551.68 min tonu ($317.54 mln.) Türkmənistandan və 62.11 min tonu Qazaxıstandan ($30.43 mln.) Qazaxıstandan idxal edilib.

Azərbaycan neftin bir tonunu xaricdən ortalama $547.72 qiyməti ilə aldığı halda, xaricə bunu $610.19-a satıb.uq

Son xəbərlər
 ⁠
Digər xəbərlər