33 C
Baku
Saturday, July 20, 2024

Azərbaycan neftinin bir bareli $96.4-ü ötdü

Əsas beçmarkaların bahalaşmasından sonra Azərbaycan neftinin qiyməti də sutka ərzində bahalaşıb.

Banker.az xəbər verir ki, Azeri Light markalı xam neftin bir barelinin spot qiyməti dünya bazarında 96.42 dollar təşkil edib.

Bu da sutka ərzində 1.79 dollar və ya 1.9% artıb.

Qeyd edək ki, bazarlar Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü tədarük ixtisarını ilin sonuna qədər uzatdıqdan sonra tədarük çatışmazlığından narahat olduğu üçün neft qiymətlərinə güclü təkan verib. Brent nefti son 11 ayın maksimumu olan 91 dollar/barelə qədər bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər