Azərbaycan neftinin ən böyük alıcıları – REYTİNQ

2021-ci ilin yanvar-mart ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 3 mln. 630 min 329 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı Hindistan olub. Belə ki, 3 ayda Hindistana 845 min 591 ton Azərbaycan nefti alıb.

İspaniya və İsrail ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-martda İspaniya 517 min 888 ton, İsrail isə 305 min 699 ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Portuqaliya 312 min 239 ton, Ukrayna 339 min 389 ton, Çin 277 min 517 ton, Böyük Britaniya 180 min 698 ton, Belarus 181 min 551 ton, Xorvatiya 187 min 116 ton, Almaniya 91 min 824 ton, Rumıniya 84 min 725 ton, Avstraliya 54 min 976 ton, Tunis 29 min 784 ton, Türkiyə 7 min 948 ton və Rusiya 166 ton.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.