Azərbaycan neftinin ən böyük alıcısı olan 10 ölkə – SİYAHI

2021-ci ilin yanvar ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft
və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 2 mln. 151 min 122 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı İspaniya olub. Belə ki, yanvarda İspaniya  416 min 934 ton Azərbaycan nefti alıb.

Ukrayna və Hindistan ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvarda Ukrayna 339 min 389 ton, Hindistan isə 297 min 198 ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Çin 277 min 517 ton, Xorvatiya 187 min 116 ton, İsrail 91 min 779 ton, Rumıniya 84 min 633 ton, Portuqaliya 83 min 382 ton, Avstraliya 54 min 976 ton, Tunis 29 min 784 ton və Türkiyə 442 ton.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.