17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Azərbaycan neftinin ən çox ixrac olunduğu 10 ölkə – SİYAHI

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin yanvar-iyul ayları ərzində ixrac olunan xam neftin əsas alıcıları məlum olub.

Banker.az-ın məlumatına görə, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 8 mln. 317 min 20 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı İspaniya olub. Belə ki, ilin 7 ayında İspaniya 1 mln. 191 min 742 ton Azərbaycan nefti alıb.

Xorvatiya və İsrail  ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. İlin 7 ayında Xorvatiya 1 mln 70 min 522 ton, İsrail isə 972 min 655 ton  həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Hindistan 845 min 591 ton, Portuqaliya 665 min 644 ton, Tunis 595 min 120 ton, Böyük Britaniya 444 min 116 ton, Ukrayna 480 min 801 ton, Kanada 278 min 175 ton.

66

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər