30 C
Baku
Thursday, July 10, 2025

Azərbaycan neftinin hazırki qiyməti $60-ı keçib

Dünyada koronavirusa qarşı peyvəndin bir çox ölkələrdə tətbiqinə başlaması xəbəri nefti bahalaşdırır.

Azərbaycan neftinin qiyməti 2.36% bahalaşıb.

Banker.az bu barədə birjadakı mənbələrdən məlumat alır.

Bakı vaxtı ilə 18:01 radələrində “Azeri Light” markalı xam neftin bir barreli 60.40 dollar olub.

Bu da 2020-ci ilin fevral ayından bu tərəfə ən yüksək göstəricidir.

Hazırda ən baha neftlər sırasında ənənəvi olaraq: İndoneziya “Duri” markası – 60.47 dollar/barrel və Brazilyanın “Lula” markası – 59.69 dollar/bareldir.

Brent markalı neft isə 56.75 dollar/barrel (+0.30%) və Qərbi Texas nefti isə 53.55 dollar/barrelə (+0.64%) satılır.

Son xəbərlər
Digər xəbərlər