8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycan neftinin qiyməti 5%-dən çox düşüb

Azərbaycanın dünya bazarına çıxardığı xam neftin qiyməti 3.86 dollar və ya 5.1% azalıb.

Banker.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71.74 dollar təşkil edib.

Bu da 23 avqust 2021-ci il tarixindən bu tərəfə minimal göstəricidir.

2321313

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər