1 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Banker.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2.21 dollar artaraq 86.88 dollar olub.

Ötən gün ABŞ FED-inin faiz dərəcələrinin gözləniləndən daha çox qaldıracağı, qışın soyuq keçəcəyi ilə bağlı gözləntilər fonunda enerji daşıyıcılarına yarana biləcək tələb artımı və qlobal iqtisadiyyatın bərpası ilə bağlı siqnallar neftin qiymətlərinin artımı üçün tutarlı səbəb olub.

Brent markalı xam neftin barreli isə 84 dolları artıq test edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88.19) qeydə alınmışdı.

Son xəbərlər
Oxşar xəbərlər