21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycan nümayəndə heyəti İrana gedib – Yenilənib

Screen Shot 2021 09 02 at 14.34.20

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Tehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.


Saat 11:48

Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.

Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər