15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi

faizlere

Cəbhədə gərgin döyüşlər davam edir.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.

Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını – 4 “KamAZ” və 1 “QAZ-54” markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.

Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər