3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Azərbaycan Ordusu sülhə məcburetmə əməliyyatını davam etdirir”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Baş Prokurorluğun keçirdiyi brifinqdən sonra jurnalistlərin suallarını cavablandırıb. 

H.Hacıyev deyib ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir: “Bu, Ermənistanın bir daha hər hansısa bir dəyərdən, sivil davranışlardan kənar olduğunu nümayiş etdirir. Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir.

Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı hücumları həyata keçirir. Azərbaycan Respublikası özünün yüksək dəyərini, yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir, onların neytrallaşdırılması təmin olunur.

Son xəbərlər
Oxşar xəbərlər