12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan Ordusuna Yardım Fondunun məqsədi açıqlanıb

Azərbaycan Ordusuna Yardım Fondunun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir.

Fondun maliyyə mənbəyi də məlum olub.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

Son xəbərlər
Digər xəbərlər