7 C
Baku
Sunday, February 5, 2023

Azərbaycan Orenburqdan bal idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Orenburq vilayəti üzrə İdarəsi, bu il BƏƏ və Azərbaycana ixrac edilən 38,5 ton bala nəzarət edib.

Bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, bölgədən ABŞ və Almaniyaya 165 tondan çox balıq, Honq-Konq və Anqolaya 130 tondan çox mal-qara üçün yem əlavəsi ixrac edilib.

Bu ilin əvvəlindən Orenburq vilayətindən xarici ölkələrə 54,8 min ton heyvandarlıq məhsulu göndərilib. Bunun əsas hissəsini isə bitki yemi və qarışıq yem (54,4 min ton) təşkil edib və əsasən Latviya, Özbəkistan və Tacikistan göndərilib.

Məhsullar “Rosselxoznadzor”un Orenburq Referans Mərkəzində müayinə olunub və idxalçı ölkənin lazımi baytarlıq və sanitar tələblərinə cavab verib.

Son xəbərlər
Digər xəbərlər
X