10 C
Baku
Thursday, December 26, 2024

Azərbaycan ötən il ₼1.18 milyarddan çox dövlət borcunu qaytarıb

2023-cü il dövlət büdcəsi xərclərinin ümumilikdə borcları üzrə 1 mlrd. 182.5 mln. manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə məlumat yayıb.

Bu da 2022-ci illə müqayisədə 609.5 mln. manat və ya 34 faiz azdır.

Operativ məlumatlara əsasən 2023-cü il 31 dekabr tarixinə daxili dövlət borcu 15 mlrd. 866.4 mln. manat təşkil etmişdir. Daxili dövlət borcunun məbləği 2023-cü ilin əvvəli ilə müqayisədə 11 mlrd. 678.2 mln. manat həcmində artmışdır.

Artımın əsas səbəbi 9 mlrd. 351 mln. manat məbləğində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olmuşdur.

Digər məlumata əsasən, dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə 29,8 faiz-bənd azalaraq 92,6 faizdən 62,8 faizə enmiş, daxili dövlət borcunun xüsusi çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli öhdəliklər istisna olmaqla) 7,4 faizdən 37,2 faizədək artmışdır.

Son xəbərlər
Digər xəbərlər