Azərbaycan ötən il Gürcüstana 246 milyon dollar investisiya qoyub

0

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 246,4 milyon ABŞ dolları məbləğində investisiya qoyub. 

Report agentliyi yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sənəddə deyilir ki, ötən il də Azərbaycan Gürcüstanın əsas investoru olub və qonşu ölkəyə yatırılan birbaşa xarici investisiyalarda payımız 19,5%təşkil edib.

Gürcüstana ən çox investisiya qoyan II ölkə Niderland (208,4 milyon dollar), III ölkə isə Böyük Britaniya (178,8milyon dollar) olub. 

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi məbləği 1 265,2 milyon dollar təşkil edib ki. Bu, 2017-ci illə müqayisədə 35,5% azdır.