2019-cu ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Burada 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Bəs turistlər 1 gecələmə üçün ortalama adambaşına nə qədər xərcləyib?
DSK-nin hesabatına istanad etsək, ölkədə hər bir turist 1 gecələmə üçün ortalama 141 manat xərc çəkiblər. Bu da ötən ilki rəqəmdən 11 manat daha çox olması deməkdir.
Ötən ilin eyni dövründə mehmaxanalarda adambaşına 130 manata yaxın bir insan gecələməyə pul xərcləyib.