25 C
Baku
Sunday, July 21, 2024

Azərbaycan otellərində Yeni il qiymətləri: 2 nəfərə 2018 AZN

Yeni ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir.

Məhz buna görə mənbə Azərbaycanda Yeni il qeyd etmək istəyənlər üçün otellərdəki qiymətlərlə maraqlanıb. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb.

Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib. Oktyabr ayından satışa çıxarılan yerlər artıq noyabrın ayı ərzində tam satılıb.

“Pik Palace” Şahdağ Hotel – 4 gecə istirahət, Yeni il şənliyi, gündə 2 dəfə yemək – 2018 AZN

“Zirvə” hoteli – 3 gecə istirahət (31-i daxil olmaqla), Yeni il şənliyi, gündə 2 dəfə yemək – 1570 AZN.

Marxal İstirahət kompleksi – 3 gecə 4 günlük paket, Yeni il şənliyi, gündə 2 dəfə yemək – 1170 AZN.

“Şahdağ Hotel & Spa” – 3 gecə istirahət (31-i daxil olmaqla) dağlara görünüş 1810 AZN, otelə görünüş 1720 AZN.

Qeyd edək ki, bəzi otellərdə biletlər oktyabr ayından satışa çıxarılsa da cəmi 2-3 gün ərzində tam satılıb.

MənbəBaku.ws
Son xəbərlər
Digər xəbərlər