3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Azərbaycan Özbəkistandan yarım milyon dollarlıq avtomobil idxal edib

2021-ci ilin yanvar-may aylarında Özbəkistan $134.9 milyon dəyərində minik avtomobili ixrac edib. Bu barədə Özbəkistan mətbuatı bu ölkənin Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, avtomobillərin ixrac həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə $84.6 milyon artıb.

Qazaxısatana minik avtomobillərin ixrac həcmi $127.1 milyon təşkil edib. Əfqanıstan $2.7 milyon dəyərində göstərici ilə minik avtomobillərin ixrac həcminə görə, ikinci yerdə qərarlaşıb.

Azərbaycan Özbəkistandan avtomobil idxal edən ölkələr arasında 6-cı yerdədir. İdxalın dəyəri $444.7 min təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər