10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Azərbaycan pambığının ikinci müştərisi İran virusdan sonra alışı tam dayandırıb

Azərbaycanda COVID-19 pandemiyası səbəbindən sərt karantin rejiminin tətbiq edildiyi aprel ayında pambıq ixracı xeyli azalıb. Bildirək ki, ölkəmizin pambığı iki qonşu – İran və Türkiyəyə ixrac edilir.

Banker.az rəsmi qurumlara istinadla xəbər verir ki, aprel ayında Azərbaycandan xaricə 1.51 mln. dollar dəyərində pambıq satılıb. Bunun da hamısı Türkiyəyə ixrac olunub.

Ümumilikdə isə yanvar-aprel aylarında Azərbaycandan xaricə 44.3 mln. dollarlıq pambıq ixrac edilib. Lakin, son məlumatlara görə, mayda 5.2 mln. dollarlıq pambıq ixrac edilib, ehtimal ki, bunun əsas hissəsi Türkiyəyə gedib.

Aprel ayında İran ölkəmizdən idxal etdiyi pambığı tam dayandırıb. Ölkədən yanvar-mart aylarında İrana 3.4 min ton pambıq və ya 5.3 mln. dollarlıq pambıq ixrac edib.

Son xəbərlər
Oxşar xəbərlər