Azərbaycan Prezidenti icra başçısına orden verdi

Prezident İlham Əliyev Şair Alxasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Şair Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun 60 yaşı tamam olur.

O bu vəzifəyə, Prezidentin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.