4 C
Baku
Monday, December 5, 2022

Azərbaycan Prezidenti: “Orta Dəhlizin çox böyük perspektivləri var”

“Orta Dəhlizin çox böyük perspektivləri var”.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında söyləyib.

“Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var”, – Prezident İlham Əliyev qeyd edib.

Birgə Bəyannamə haqqında danışan dövlətimizin başçısı bu sənəddə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafının da əksini tapdığını bildirib.

“Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər
X