26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Prezidenti: “Yeni generasiya güclərinin yaradılması ümumi inkişafımızın təzahürüdür”

Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin atılması ilə bağlı tədbirdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür: “Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər