26 C
Baku
Monday, June 27, 2022

Azərbaycan-Qətər enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri, “Qatar Energy” şirkətinin prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qlobal qaz bazarında inkişaf meylləri, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.

Azərbaycanın ənənəvi və bərpa olunan enerji potensialı, qaz ixrac infrastrukturu və hədəfləri barədə məlumat verən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Qətər enerji əməkaşlığının qurulması üçün münasib vaxtdır. Nazir bu istiqamətdə “Nebras Power” ilə qaz-turbin, eləcə də külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığa başlandığını qeyd edib. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək enerji potensialı da enerji əməkdaşlığı üçün perspektiv istiqamət kimi diqqətə çatdırılıb.

Söhbət zamanı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün təmasların davam etdirilməsi razılaşdırılıb.

Son xəbərlər
Oxşar xəbərlər