28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Qazaxıstan buğdası baha olsa belə, ona ‘üstünlük’ verməyə başlayıb

Azərbaycan strateji məhsul sayılan buğdanın idxalında Rusiya Federasiyasının payını azaldır, əvəzində onu Qazaxıstanla əvəzləyir.

Banker.az-ın rəsmi statistikaya istinadən xəbər verir ki,  yumşaq buğda idxalı 2023-cü ilin ilk rübündə (yanvar-mart) 356 min ton təşkil edib və bu, $108.71 mln.-luq idxal dəyəri deməkdir.

2022-ci ilin ilk rübündə ölkə xaricdən 147.56 min ton və $50.36 mln.  dəyərində yumşaq buğda idxal edilmişdi. Beləliklə, idxal illik müqayisədə 2.4 dəfə artıb.

İllərdir ki, Rusiya buğdası Azərbaycan bazarında əsas idxal buğdadır. Payı bəzən 90% üzərində olub. Lakin öncəki ildən bu bir qədər zəifləməyə başlayıb. Öncələri bu bazarda Ukrayna olsa da, hazırda logistik imkan baxımdan ikinci alternativ Qazaxıstan qalıb.

Qazaxıstan ilin ilk rübündə Azərbaycana 122.84 min ton miqdarda yumşaq buğda satıb və bunun müqabilində bu ölkəyə $42.29 mln. həcmində valyuta ödənilib.

Rusiyadan isə 233.17 min ton həcmində ($66.42 mln) buğda idxal edilib.

Beləliklə, cari ilin ilk üç ayında idxal edilmiş buğdanın 65%-ni Rusiyadan qalan 35%-ni isə Qazaxıstandan alınıb.

Ötən ilin martında Azərbaycan buğdanın hər tonunu Rusiyadan 314.69 dollara alırdısa, cari ildə bu rəqəm 281.48 dollara düşüb. Lakin Qazaxısatndan idxalda qiymət enişləri nəinki olmayıb, hətta bahalaşıb. Ötən ilin mart ayında tonu Qazaxıstandan 335.69 dollara alınırdısa, cari ilin eyni dövründə 341.46 dollara alınıb.

Son xəbərlər
Digər xəbərlər