23 C
Baku
Saturday, July 5, 2025

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ötən il gəlirləri artıb

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxs 2024-cü ili 3 milyon 462 min manat xalis mənfəət ilə başa vurub. AQTİ 2023-cü ildə 3 milyon 812 min manat xalis mənfəət edib ki, bu da illik müqayisədə 9% azalmadır.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

AQTİ-nin əsas əməliyyat gəlirləri 18 milyon 909 min manatdan 21 milyon 442 min manata, sair əməliyyat gəlirləri 10 milyon 151 min manatdan 11 milyon 21 min manata, işçi heyəti üzrə xərclər 11 milyon 905 min manatdan 14 milyon 499 min manata, amortizasiya xərcləri 5 milyon 903 min manatdan 5 milyon 932 min manata çatıb.

Hesabat dövründə AQTİ-nin cəmi aktivləri 55 milyon 989 min manat, cəmi kapitalı 55 milyon 245 min manat, cəmi öhdəlikləri isə 744 min manat olub.

Son xəbərlər
Digər xəbərlər