Azərbaycan rus turistləri üçün ən bahalı xizək kurort mərkəzi seçilib

Azərbaycan bu il MBD ölkələri arasında rus turistləri üçün ən bahalı xizək kurort mərkəzi seçilib.

Bu barədə “TurStat” analitik agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2018-ci ildə rus turistləri üçün ən ucuz xizək kurort mərkəzi isə Belorus olub. Bu ölkənin Siliçi və Logoisk bölgələri Rusiya vətəndaşlarını qiymətlərin aşağı olması baxımından cəlb edib.

Bununla belə, ruslar ən çox Qazaxıstanın Çmbulak bölgəsinə üstünlük veriblər. Qeyd edək ki, ən populyar 10 yer arasında Qudauri (Gürcüstan), Şahdağ (Azərbaycan), Siliçi (Belarus), Tsagkadzor (Ermənistan), Kyzylzar (Özbəkistan), Karakol (Qırğızıstan), Logoisk (Belarus), Tufandağ (Azərbaycan) və Altay Alpləri (Qazaxıstan) kimi kurort məkanları da var.

Onu da qeyd edək ki, 2018-ci ilin yay mövsümündə Bakı, Minsk və Alma-Ata şəhərləri rus turistlərinin dincəlmək üçün MDB-də ən çox seçdikləri şəhərlər olub.

© Report