29 C
Baku
Wednesday, July 24, 2024

Azərbaycan Rusiya avtomobillərini ən çox idxal edən ölkələr arasında

Azərbaycan Rusiya avtomobillərini ən çox idxal edən ölkələr beşliyindədir.

Banker.az oxu.az-a istinadla xəbər verir ki, bu ilin ilk səkkiz ayı ərazində Rusiyadan 18 min 223 ədəd avtomobil ixrac olunub.

Azərbaycana bu avtomobillərin 9,6 faizi, daha dəqiq desək, 1745 ədədi idxal edilib.

Qeyd edilib ki, idxalın əsas istiqamətlərindən biri Çexiyadır. Bu ölkəyə ilk səkkiz ay ərzində ümumi sayın 23 faizi – 4198 ədəd avtomobil idxal edilib. İkinci yerdə Ukrayna (2803 ədəd), üçüncü yerdə isə Latviya (2223 ədəd) qərarlaşıb.

Ən çox ixrac edilən avtomobil “AVTOVAZ”ın istehsalı olan “LADA 4×4” modelidir. Bu avtomobildən ilk səkkiz ayda 4662 ədəd buraxılıb. İkinci yerdə 4145 ədədlə “Skoda Octavia” modeli qərarlaşıb.

Üçüncü yeri “LADA Vesta” (1781 ədəd) tutub. İlk beşliyi “Volkswagen Polo” (1341 ədəd) və “KIA Rio” (769 ədəd) tamamlayıb.93dc86fd 670 0

Son xəbərlər
Digər xəbərlər