24 C
Baku
Saturday, July 20, 2024

Azərbaycan Rusiya, Gürcüstan və Qırğızıstana ting ixracına başlayır

Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə olaraq Qırğızıstana ting məhsulları ixrac edəcək. Belə ki, bu ilin oktyabrında ixraca dair imzalanan müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.

Banker.az xəbər verir ki, növbəti mərhələdə Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinglərinin ixracı nəzərdə tutulur.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında ilkin mərhələdə 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Son xəbərlər
Digər xəbərlər