20 C
Baku
Saturday, May 25, 2024

Azərbaycan Rusiya ilə dağ turizmi çərçivəsində əməkdaşlıq edəcək

Azərbaycanla Rusiya arasında dağ turizmi sahəsində dövlət səviyyəsində əməkdaşlıq məsələlərinə baxılır.

Bunu Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin Turizm sahəsində beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Mixail Serov bu gün Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə deyib.

Onun sözlərinə görə, Azərbaycanda xizək kurortları çox populyardır: “Turistlərin və xizək enişlərinin təhlükəsizliyinin təmin edilməsi zərurəti gündəmdədir. Mütəmadi olaraq birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Turizm sahəsində təcrübə mübadiləsi imkanının olması vacibdir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər