10 C
Baku
Saturday, December 21, 2024

Azərbaycan Rusiya ilə kruiz səfərlərinin təşkilini müzakirə edib

Dövlət Dəniz və Liman Agentliyində Rusiya Federasiyasının kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüş olub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolundan danışılıb. Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.

Görüşdə həmçinin “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli 3 yeni nəsil kruiz gəmisinin tikintisi və onların gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planından danışılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.

66e2d34466e3466e2d34466e35172614125266e2d34466e3066e2d34466e32

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər