24 C
Baku
Sunday, August 14, 2022

Azərbaycan-Rusiya İşgüzar Şurasının yeni tərkibdə ilk iclasının vaxtı açıqlanıb

“Azərbaycanla Rusiya arasındakı münasibətlərdə iqtisadi əməkdaşlıq öncül əhəmiyyətə malikdir”.

Bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.

S.Qurbanov həmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib: “Bu il Azərbaycan-Rusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”.

Onun sözlərinə görə, həmçinin Azərbaycan-Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək.

Report

Son xəbərlər
Oxşar xəbərlər