32 C
Baku
Saturday, June 25, 2022

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək

“Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti məhsuldardır”.

Bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, tərəflər bəzi məsələlərdə razılığa gələ biliblər, buna baxmayaraq, fikir ayrılıqları da var.

“Konsensuslar var, lakin fikir ayrılıqları da mövcuddur. Görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, – Qriqoryan Rusiya mətbuatına müsahibəsində deyib.

 

 

 

Ermənistan rəsmisi qeyd edib ki, Üçtərəfli İşçi Qrupun növbəti görüşünün vaxtı yaxın günlərdə razılaşdırılacaq.

 

 

Son xəbərlər
Oxşar xəbərlər