28 C
Baku
Saturday, August 13, 2022

Azərbaycan Rusiyanın iyirmidən çox müəssisəsinə idxal icazəsi verib

Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının ixracına icazə verilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti bildirib.

Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şirkətlərin baytarlıq-sanitar tələblərinə uyğunluğu zəmanəti əsasında Rusiya müəssisələrinə ixrac icazəsi verib.

Hazırda Rusiyanın 1 074 müəssisəsi Azərbaycana məhsul ixracını həyata keçirir.

Son xəbərlər
Oxşar xəbərlər