28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan XİN-ə təqdim olunub

Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan Xarici İşlər Nazirliyinə təqdim olunub.

Bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kaxar Balxi “X” hesabında yazıb.

Bildirilib ki, Azərbaycan səfiri İlham Məmmədov Kabildə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Diplomat görüş zamanı Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı Əfqanıstan XİN başçısına rəsmi məktubu təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

7c74db00 6093 3c07 8edd 277f3fef6e50 850 164eee4b 25f7 38af 8dd0 53678507f238

MənbəReport
Son xəbərlər
Digər xəbərlər