21 C
Baku
Monday, July 22, 2024

“Azərbaycan Sənaye Bankı” kiçilib, xalis mənfəəti 34% azalıb

“Azərbaycan Sənaye Bankı” 2023-cü ilin 2-ci rübünü 1 milyon 979 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 3 milyon manat olub ki, bu da illik müqayisədə mənfəətin 34% azalması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 21 milyon 9 min manat, xərcləri 18 milyon 395 min manat təşkil edib. 2022-ci ilin eyni dövründə gəlirlər 16 milyon 412 min manat, xərclər isə 13 milyon 414 min manat olub.

2023-cü ilin iyulun 1-nə ASB-nin aktivləri 707 milyon 533 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5.4% azdır. Bunun 241 milyon 170 min manatı müştərilərə verilən kreditlərdir.

s1 1 s2 s3

Son xəbərlər
Digər xəbərlər