“Azərbaycan Sənaye Bank”ı ötən il 3 dəfə artıq reklam xərci çəkib

“Azərbaycan Sənaye Bank”ı 2019-cu il ərzində 10 milyon 847 min manatlıq əməliyyat xərci edib ki, bu da 2018-ci illə müqayisədə 4% daha çoxdur.

Banker.az bu barədə bankın 2019-cu il üzrə audit hesabatına istinadən xəbər verir.

2019-cu il ərzində əməliyyat xərcinin 730 min manatı icarə xərcləri, 165 min manatı reklam və marketinq işləri üzrə xərclər, 115 min manat ofis xərcləri, 4 milyon 594 min manatı əməkhaqqı xərcləri, 1 milyon 186 min manatı köhnəlmə və amortizasiya xərcləri, 135 min manatı sığorta və.s xərclər təşkil edib.

“Azərbaycan Sənaye Bank”ının reklam xərcləri 2018-ci illə müqayisədə 3 dəfə çox, icarə xərcləri isə 25,3% çox olub.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları